Neymar PSJ-də oynamaq istəmir?
- 07 May 2021 15:39
- 707
PSJ-nin futbolçusu Neymar klubla yeni müqavilə barədə danışıqları dayandırıb.
Rekord.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
29 yaşlı hücumçu hazırda sabiq klubu "Barselona"nın onun transferi ilə haqda hansl niyyətində olduğunu bilmək istəyir. Neymarın mövqeyinə Kataloniya klubunun kapitanı Lionel Messinin komandada qalacağı barədə xəbərlər də təsir edib. Buna görə də braziliyalı oyunçu "Barselona"ya qayıtmağa müsbət yanaşır.
Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.