PSJ Neymarın müqaviləsinin müddətini uzatmağa hazırlaşır.

Rekord.az xəbər verir ki, tərəflər artıq bununla bağlı razılığa gəliblər.

Braziliyalı hücumçu Paris təmsilçisi ilə 4 illik yeni sözləşməyə imza atacaq.

2017-ci ildən PSJ-də çıxış edən 29 yaşlı forvardın hazırkı müqaviləsi 2021/2022 mövsümünün sonunda başa çatacaq.