Neymar PSJ ilə yeni müqavilə imzalayır
- 12 Okt 2019 14:45
- 749
PSJ futbolçusu Neymarla yeni müqavilə imzalamaqla bağlı danışıqlara başlayıb.
Rekord.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, Paris klubu braziliyalı hücumçu ilə müqavilənin müddətini 2024-cü ilin yayına kimi uzatmaq istəyir.
Bildirilir ki, tərəflər arasında ilkin danışıqlar müsbət nəticələnib.
Qeyd edək ki, Neymarın PSJ ilə hazırkı müqaviləsi 2022-ci ilin iyununa kimidir.