Neymar rəsmən “Santos”da
- 11:15
- 36
"Santos" Neymarın transferini gerçəkləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya təmsilçisi 32 yaşlı hücumçu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, yeni komandasında 10 nömrəli formanı geyinəcək.
Xatırladaq ki, Neymar "Santos"un yetirməsidir və 2009-2013-cu illərdə klubun əsas komandasında çıxış edib. O, doğma klubuna keçmək üçün bir neçə gün öncə "Əl-Hilal"dan azad agent kimi ayrılmışdı.