DÇ-2022-in seçmə mərhələsində Braziliya Peru ilə qarşılaşıb.

Rekord.az xəbər verir ki, Braziliyanın 4:2 hesabı ilə qalib gəldiyi oyunda Neymar het-trik edib.

O, yığmada vurulan qol sayına görə Ronaldonu geridə qoyub.

Neymar Braziliya yığmasında qol sayını 64-ə çatdırıb. “Yekədiş” ləqəbli Ronaldonun hesabında isə 62 qol var. Yığmada ən çox qol vuran futbolçu isə Peledir – 77.

Neymar Ronaldonu geridə qoymasına münasibətini açıqlayıb. O, “instaqram”da Ronaldonun şəklini paylaşaraq belə yazıb: “Sizə böyük hörmətlə, fenomen”.