Fransa kubokunda 1/32 final mərhələsinin oyunları keçirilib.

Rekord.az xəbər verir ki, PSJ bu mərhələdə “Kan”la qarşılaşıb.

Oyun Paris klubunun qələbəsi ilə yekunlaşıb – 1:0.

“Kan”ın baş məşqçisi Paskal Dyupra oyundan sonra geniş açıqlma verməyib. O, PSJ-nin futbolçusu Neymara söz atıb:

“Bu məğlubiyyətə görə ağlamayacam.Ağlamağı Neymara saxlayıram”.

Neymar oyunun 56-cı dəqiqəsində zədələnərək əvəzlənib.