Fransa çempionu PSJ-nin daha bir futbolçusunda koronavirus aşkarlanıb.

Rekord.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Bütün komanda üzvləri tezliklə növbəti dəfə testdən keçəcək.

Bundan əvvəl iki futbolçunun – yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredesin virusa yoluxduğu məlum idi. Paris təmsilçisi virus tapılan futbolçuların adlarını açıqlamasa da, "LEquipe" nəşri 3-cü yoluxmanın Neymarda aşkarlandığını yazıb. Hər üç futbolçunun İbizadakı istirahətini yarımçıq qoyaraq Parisə qayıtdığı və karantinə alındığı bildirilib. Onların ən azı bir həftə karantində qalacağı iddia olunur.