Neymarı ən çətin hücumçu sayır
- 01 Sen 2020 16:47
- 768
“Real”ın futbolçusu Dani Karvahal baş məşqçi Zinəddin Zidan və indiyədək qarşılaşdığı ən çətin futbolçu ilə bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi, qarşılaşdığı ən çətin futbolçunun PSJ-nin üzvü Neymar olduğunu bildirib:
“Neymar müdafiə olunmaq üçün ən çətin hücumçudur. O, çox çətin futbolçudur, texniki olaraq əla səviyyədədir. Ondan müdafiə olunmaq çox çətindir.
Zidanın bizə ən böyük faydası yaratdığı rahatlıqdır. O, əsla dəyişməz. İşlər pis getsə belə, soyuqqanlılığını qoruyar. Bu da futbolçulara rahatlıq verən bir nüansdır. Komandaya çox güvənir, hamımıza faydalı ola biləcəyimizi hiss etdirir. Ondan hər gün nələrsə öyrənirəm”.