Futbol üzrə Fransa çempionatının 3-cü turu çərçivəsində keçirilən PSJ – “Olimpik” (Marsel) oyunu (0:1) ilə bağlı qərarlar verilib.

Rekord.az xəbər verir ki, PSJ-nin qırmızı vərəqə alan futbolçuları Neymar və Leandro Parades 2 oyunluq cəzalandırılıb.

Paris klubunun müdafiəçisi Layvin Kurzava isə insidenti başlatdığı üçün 6 oyunluq cəzalandırılıb. Onunla mübahisə edən Marsel təmsilçisinin futbolçusu Cordan Amavi isə 3 oyun meydana çıxa bilməyəcək. “Olimpik”in digər futbolçusu Dario Benedetto isə 1 oyunluq cəzalandırılıb.

“Olimpik”in futbolçusu Alvaro Qonzaleslə bağlı araşdırma davam edir. Onun Neymara qarşı irqçilik etdiyi iddia edilir.