PSJ-nin hücumçusu Neymar növbəti dəfə Lionel Messi haqda danışıb.

Rekord.az xəbər verir ki, Neymar yenidən Leo ilə bir komandada çıxış etmək istədiyini bildirib.

Neymar 2017-ci ildə “Barselona”dan PSJ-yə keçib. O, gələn mövsüm bu istəyinin reallaşa biləcəyinə də işarə edib:

“Messi ilə eyni komandada çıxış etməyi çox istəyirəm. Yenidən onunla meydanda olmaqdan zövq almaq xoş olardı.

Əminəm, onun heç bir problemi olmayacaq. Ona da əminəm ki, növbəti mövsüm bu istəyimizi reallaşdıra biləcəyik”.