Nicat Abasov heç-heçə ilə başladı
- 05 Apr 2024 10:42
- 205
Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.
Rekord.az xəbər verir ki, bu yarışda Azərbaycanı qrossmeyster Nicat Abasov təmsil edir.
O, ilk turda dünya vitse-çempionu Yan Nepomniyaşşiyə (FIDE) qarşı heç-heçə oynayıb. Partiya 34-cü gedişdə başa çatıb.
Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan hazırkı dünya çempionu Dinq Lirenlə (ÇiN) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.
Turnirin ümumi mükafat fondu 500 000 avro (təxminən 930 000 manat) təşkil edir. Müsabiqənin qalibi 48 000 avro (təxminən 90 000 manat) qazanacaq.