“Bütün qarşılaşmalar çətin olacaq. Amma bu, olduqca çətin idi”.

Rekord.az xəbər verir ki, bunu ABŞ şahmatçısı Fabiano Karuana Nicat Abasova qalib gəldiyi İddiaçılar Turnirinin 2-ci turunun görüşü ilə başlı danışarkən deyib.

O, Kanadanın Toronto şəhərində keçirilən dueldə bir az şanslı olduğunu bildirib: "Çünki o, bir anda yıxıldı. Gözlənilmədən b3 gedişi etdi".

Karuana qarşılaşmada çoxlu hesablamaların da olduğunu diqqətə çatdırıb.

Yarış aprelin 22-də başa çatacaq. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci olan qrossmeyster hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək.