Futbol üzrə Gürcüstan çempionatında 17-ci turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nicat Qurbanovun formasını geyindiyi “Samtrediya” da növbəti matçına çıxıb.

Sözügedən klub doğma meydanda Batumi “Dinamo”su ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:2.

Nicat bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qola imza atan Qurbanov bu oyunun iştirak ərizəsində də yer almayıb.

17 turdan sonra hesabında 19 xal olan “Samtrediya” 10 komanda arasında 7-ci pillədə qərarlaşıb.