![photo](https://rekord.az/uploads/5/951937b3-d008-3a22-a026-bbc6da7ea14b-850-600x300.jpg)
Niderland – Avstriya matçının ən yaxşı futbolçusu
- 2024-06-25 23:00
- 74
Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 3-cü turunda baş tutan Niderland - Avstriya matçının ən yaxşı futbolçusu bəlli olub.
Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, avstriyalı yarımmüdafiəçi Marsel Zabitser qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
Zabitser bu oyunda bir qolla yadda qalıb. Avstriya yığması isə matçı 3:2 hesablı qələbə ilə başa vurub.