Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin 2-ci turunda baş tutan Niderland - Fransa matçının (0:0) ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, fransızların heyətində Nqolo Kante qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.

90 dəqiqə meydanda olan 33 yaşlı yarımmüdafiəçi oyunu yüksək səviyyədə keçirib.