Futbol üzrə Niderland və İspaniya milli komandaları arasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış yoxlama oyununun yeni tarixi açıqlanıb.

Rekord.az xəbər verir ki, qarşılaşma noyabrın 11-də Amsterdamda keçiriləcək.

Bu barədə İspaniya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Əslində bu qarşılaşmanın martda keçirilməsi nəzərdə tutulmuşdu. Lakin koronavirus pandemiyası ilə əlaqədar həmin vaxt bu qarşılaşma qeyri-müəyyən müddətə təxirə salınmışdı.