
Niderland klubu bunu 50 ildən sonra bacardı
- 19 Fev 2025 15:30
- 80
Niderlandın "Feyenoord" klubu 50 ildən sonra UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə vəsiqə qazanıb.
Rekord.az xəbər verir ki, komanda buna pley-offda İtaliya təmsilçisi "Milan"ı mübarizədən kənarlaşdırmaqla nail olub.
"Feyenoord" son olaraq 1974/1975 mövsümündə Çempionlar Kubokunda (hazırkı Çempionlar Liqası) 1/8 finala yüksəlib. Həmin vaxt turnir 1/16 finaldan start götürüb.
Doğma meydanda "Milan"ı minimal hesabla üstələyən Niderland klubu (1:0) səfərdə rəqibi ilə heç-heçə (1:1) edərək mərhələ adlayıb.