
Niderland kubokunun qalibi müəyyənləşdi
- 14:00
- 38
Niderland kubokunda 2024/25 mövsümünün qalibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, Roterdamdakı “De Kuip” stadionunda keçirilən həlledici qarşılaşmada “Alkmaar” və “Qou Ehed İqlz” üz-üzə gəlib.
90 dəqiqə ərzində hərəyə bir qol vuran tərəflər əlavə vaxtda fərqlənə bilmədikləri üçün qalib penaltilər seriyasında müəyyənləşib.
Burada daha dəqiq oynayan “Qou Ehed İqlz” Niderland kubokunun sahibi olub – 4:2.
Bununla da Detenver təmsilçisi tarixində ilk dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Buna qədər komanda yalnız 1 dəfə – 60 il əvvəl – 1964/65 mövsümündə final həyəcanı yaşasa da, qalib ola bilməmişdi.