Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.

Rekord.az xəbər verir ki, turnirin 3-cü günü üçün nəzərdə tutulan 3 matçdan biri başa çatıb.

D qrupunda Polşa Niderlandla qarşılaşıb. Oyunda hesabı Polşa açsa da, Niderland millisi 2 qol vuraraq əzmkar qələbə qazanıb – 2:1.

C qrupunda saat 20:00-da Sloveniya Danimarka ilə, saat 23:00-da Serbiya İngiltərə ilə üz-üzə gələcək.

AÇ-2024
D qrupu

16 iyun

Polşa – Niderland 1:2
Qollar: Buksa, 16 - Qakpo, 29. Veqhorst, 83.
Baş hakim: Artur Dias (Portuqaliya)
“Colksparkstadion”.