Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Feyenoord”dan Leroy Feri transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Fer “Alanyaspor”a azad agent kimi keçib.

Yarımmüdafiəçi Niderland yığmasında 11 oyuna çıxıb.