
Niderland millisinin üzvü Fransa klubunda
- 15 İyl 2021 21:00
- 553
Fransanın “Nitsa” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Liqa 1 təmsilçisi Niderlandın “Alkmaar” klubundan Kelvin Stenqsi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb.
Stenqs “Alkmaar”la 114 matçda 24 qol vurub, 24 məhsuldar ötürmə edib. Kelvin Niderland yığmasına da dəvət alır.