Niderland sentyabra qədər futbolsuz qaldı - Mövsüm ləğv olunur
- 22 Apr 2020 13:41
- 661
Niderland Futbol Federasiyası Erediviziyada 2019/20 mövsümünün ləğv olunması üçün iştirakçı klublarla görüş keçirəcək.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Federasiya rəhbərliyi öncə UEFA rəsmiləri ilə mövcud vəziyyəti müzakirə edəcək. Daha sonra isə klubların rəyini öyrənəcək. Elita təmsilçiləri də razılıq verəcəyi halda, mövsüm ləğv ediləcək.
Bu cür radikal qərarın alınmasına koronavirus pandemiyası ilə əlaqədar ölkədəki vəziyyətin acınacaqlı hal almasıdı. Artıq Niderlandın baş naziri Mark Rutte karantin müddətinin sentyabrın 1-nə qədər artırıldığını bəyan edib. O, keçirdiyi mətbuat konfransında ölkədə idman qarşılaşmaları da daxil olmaqla, bütün böyük tədbirlərin sentyabrın 1-nə qədər qadağan edildiyini açıqlayıb.
Ölkə rəhbərliyinin məhz bu qərarından sonra futbol federasiyası da bütün çempionatların bərpasının mümkünsüzlüyünü nəzərə alaraq, yarışları ləğv etməyə hazırlaşır.