![photo](https://www.rekord.az/storage/uploads/5/186390-7863oxg2yv.jpg)
Niderland Super Kubokunun sahibi bilindi
- 05 Avq 2023 12:30
- 446
Niderland Super Kubokunun sahibi müəyyənləşib.
Rekord.az xəbər verir ki, həlledici matçda son ölkə çempionu "Feyenoord" və ölkə kubokunun son qalibi PSV qarşılaşıb.
1:0 hesabı ilə qalib gələn PSV Super Kubokun sahibi olub. Yeganə qolu 79-cu dəqiqədə Noa Lanq vurub.
Beləliklə, PSV ardıcıl 3-cü, tarixində 14-cü dəfə Niderland Super Kubokunu qazanıb.