İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Premyer Liqa nəhəngi Niderland yığmasının və “Ayaks”ın yarımmüdafiəçisi Donni van de Beki transfer edib.

Bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb. 23 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatı "Mançester Yunayted"in bu transferə görə “Ayaks”a 40 milyon funt sterlinq ödəyəcəyini yazıb.

Qeyd edək ki, niderlandlı futbolçu ötən mövsüm “Ayaks”da 37 oyuna 10 qol vurub, 11 məhsuldar ötürmə müəllifi olub.