Niderland millisinin hücumçusu Memfis Depay “Atletiko”dan ayrılıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Madrid klubu müdafiəçilər Mario Hermoso və Qabriel Paulista, həmçinin cinah oyunçusu Vitolo ilə də müqaviləni yeniləməyib.

30 yaşlı Depay ötən mövsüm “Atletiko”nun heyətində keçirdiyi 31 oyunda 9 qola, 2 məhsuldar ötürməyə imza atıb. 29 yaşlı Hermoso 45 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. 33 yaşlı Q.Paulista 24 oyun ərzində nə qol nə də ötürmə müəllifi olub. 34 yaşlı Vitolo isə 2023/2024 mövsümündə "Atletiko”nun heyətində ümumiyyətlə meydana çıxmayıb.