Nigar Arpadarainin əvəzinə yeni təyinat
- 2021-03-02 21:02
- 787
Bakı Şəhər Halqası Əməliyyat Şirkətində (BŞH) yeni təyinat olub.
Rekord.az-ın məlumatına görə, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsi Ayan Nəcəf-Ağayevaya həvalə edilib.
O, yeni vəzifədə Nigar Arpadaraini əvəzləyib.
Qeyd edək ki, Nigar Arpadarai Bakıda "Formula 1" üzrə ilk Qran-prinin keçirildiyi 2016-cı ildən BŞH-də çalışıb. O, 29 saylı Səbail seçki dairəsindən deputat seçilib.