"Sumqayıt" üçün "Ninqa dəftəri" bağlanıb.

Rekord.az xəbər verir ki, mövsüm bitəndən sonra düşərgədən ayrılan futbolçunun sonradan Çin klubu ilə danışıqlar apardığı ortaya çıxmışdı.

Lakin buna baxmayaraq, Sumqayıt təmsilçisi onunla əlaqəni kəsməmiş və ümid etmişdi ki, futbolçu fikirini dəyişib geri dönər. Aldığımız məlumata görə, komanda Türkiyəyə yollanan zaman onunla yenə əlaqə saxlanılıb və düşərgəyə gələrək yeni müqavilə bağlamaq təklif olunub. Lakin Ninqa növbəti dəfə təklifi geri çevirib və bununla da məsələ bağlanıb. Hazırda "Sumqayıt" yeni hücumçu axtarışındadır.