Kazemir Ninqa "Sumqayıt"dan getmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, klubun yeni müqavilə təklifini qəbul etməyən çadlı futbolçu ünvanına gələn daha sərfəli təklifi dəyərləndirmək istəyir.

Lakin hələlik onun 100 faiz "Sumqayıt"dan ayrıldığını demək olmaz. Aldığımız son məlumata görə, klub rəhbərliyi bu həftə son dəfə onunla görüşəcək və ola bilsin ki, daha yüksək maaşlı yeni müqavilə təklif olunsun. Futbolçu bunu qəbul eidb-etməyəcək, bu da həmiun görüşdən sonra məlum olacaq.