Fransanın "Nitsa" klubu "Lion"un hücumçusu Amin Fərid Quirini transfer edib.

Rekord.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə uzunmüəddətli müqavilə imzalanıb.

"Nitsa" bu keçid üçün 7 milyon avro təzminat ödəyib. Əlcəzair əsilli fransalı futbolçu "Lion"un yetirməsidir. O, ötən mövsüm 9 oyunda 3 qol vurub.