“Niyə ancaq mənə belə suallar verirsiz?” - Samir Abasov
- 19 Sen 2021 21:15
- 639
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Rekord.az xəbər verir ki, o, 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Mətbuat konfranslarına baxıram, bir dəfə hansısa baş məşqçiyə “niyə filan futbolçunu oynatmadınız” sualı verilmir. Niyə ancaq mənə belə suallar verirsiz? Sezar Meza Kolli ilk hissənin ən yaxşısı idi. Sadəcə, zədələndi, əzələsini dartdı. Ona görə ikinci yarıda oynamadı.
Yeni transferlər artıq komandaya uyğunlaşırlar. İnanıram ki, komandaya xeyir verəcəklər. Ramon Maçado digərlərinə baxanda daha hazırlıqlıdır. Bəlkə də bir hissəni tam oynamaq üçün də tezdir. Amma oynadıqca formaya düşəcək. Komandada bu cür futbolçular olanda əhval-ruhiyyə də düzəlir. Hamı rəqabəti hiss edir. Tyaqo Bezerradan da xoş siqnallar aldıq. Ümid edirəm ki, hər şey yaxşı olacaq.
Avrokuboklarda bu heyətdən çox şeylər gözləyirdik. Bəlkə də reallıqdan uzaqlaşmışdıq. Ola bilər ki, Gürcüstanın “Dinamo” (Tiflis) komandasını udmağımız insanları ümidləndirmişdi. Səbrli olmaq lazımdır. Bu komanda da gələcəkdə 100 faiz qruplara düşəcək. Mən buna inanıram.
Sənan Qurbanov səbr arzulayıram. Ardıcıl iki mövsümdə ölkə kubokunu qazanmaq asan iş deyil. Onun dediklərinə mən də qatılıram. Hər şeyi nöqtəsinədək düz deyir. İnanıram ki, əlindən gələni edib, komandanı vəziyyətdən çıxaracaq.
Romen Bask və Harramiz Suaresin övladları dünyaya gəlib. Bu üzdən də onlara icazə vermişik. Elə məsələdir ki, getməsələr, olmur. Hətta Bask həddindən artıq pis vəziyyətə düşmüşdü. Ömər Buludov iki həftəlik karantindən yeni çıxıb. Xorxe Korrea isə yeni gəldiyi üçün heyətdə yox idi. Futbolçuların hamısını oynatmağı çox istəyərdim. Əsas odur, hamısı sağlam olsun. Rukavitsa Bakıya gəldi, alınmadı. Axtarışda idik. İnanın ki, yeni transferlərin yaxşı və ya pis olduğunu zaman göstərəcək. Bu futbolçular hətta ilin əvvəlində bizim üçün əlçatmaz idilər”.