Norveç yığmasının üzvü Premyer Liqa klubunda
- 22 Avq 2024 16:00
- 148
"Fulhem" klubu İngiltərənin digər təmsilçisi "Bernli"dən Norveç yığmasının futbolçusu Sander Berqeni transfer edib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Razılığa əsasən anlaşmanın müddəti daha 12 ay uzadıla bilər. Berqe yeni klubunda 16 nömrəli formanı geyinəcək.
Norveç millisinin üzvü 2023/2024 mövsümündə İngiltərə Premyer Liqasında meydana çıxdığı 37 oyunda 1 qol vurub. 2017-ci ildən əsas yığmaya dəvət alan yarımmüdafiəçi 46 rəsmi oyun keçirib, 1 qol müəllifi olub.