Qarabağda gedən döyüşlərdə Azərbaycan ordusundan ard-arda ağır məğlubiyyətlər alan Ermənistan min hoqqadan və şantajdan çıxmaqda davam edir. Onlar Azərbaycanla tərəfdaşlıq edən bütün ölkə və şirkətlərə qarşı eyni metodu sərgiləyir.

Rekord.az xəbər verir ki, dünyaca ünlü "Adidas" şirkəti də bu cür təzyiqlərə məruz qalıb.

Bildiyiniz kimi, sözügedən şirkət "Qarabağ"ın geyim tərəfdaşıdır. Ermənilər bu şirkətə təzyiq edir ki, onlar Ağdam klubu ilə əməkdaşlığa son qoysunlar. Onlar bununla öz murdar xislətlərini bir daha ortaya qoymuş olurlar.