AFFA-nın bayrağı altında keçirilən U-19 liqasında növbəti hakim səhvi qeydə alınıb.

Rekord,az xəbər verir ki, "Sumqayıt" - "Qəbələ" matçında "Sumqayıt"ın futbolçusu qapıçı ilə üzbəüz qalsa da, yan xətt hakimi ofsayd qeydə alıb.

Halbuki təkrardan açıq şəkildə görünür ki, top ayaqdan çıxanda, "Sumqayıt"ın hücumçusu "Qəbələ"nin sonuncu müdafiəçisindən  ən az 1 metr geridədir. Lakin yan xətt hakimi bayrağını qaldıraraq, sumqayıtlıların real qol şansını onların əlindən alır. 

Fotoda ötürməni verən və təkbətək çıxan futbolçu qara xətlərlə işarələnib.