Qitə birinciliyində mübarizə aparan qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti qələbəsini qazanıb. "Rekord.az" xəbər verir ki, komandamızın Avstriya ilə Bakıda keçirilən görüşdə çətinlik çəkmədən 3 xalı aktivinə yazdırib.

Qarşılaşmanın ən məhsuldar oyunçusu olan hücumçumuz Yelizaveta Ruban oyun haqqında fikirlərini federasiyasının mətbuat xidməti ilə bölüşüb: "Bütün kollektivimizi qələbə münasibəti ilə təbrik edirəm.  Düşünürəm ki, biz qarşımıza qoyulan tapşırığı yerinə yetirə bildik. Yaxşı hazırlaşmışdıq. Baş məşqçimizin istədiyi kimi çalışdıq və oyunu qazandıq. Növbəti matçımız Sloveniya ilə olacaq. Artıq həmin matça hazırlaşacağıq. Hesab edirəm ki, növbəti rəqibimiz bu günkündən daha güclü olacaq. Çalışmalıyıq ki, etimadı doğruldaq"