Növbəti turda qapını Kamran qoruyacaq
- 2021-09-20 15:00
- 562
"Səbail"in baş məşqçisi Aftandil Hacıyevlə qapıçı Kamran Ağayev arasında gərginlik yaşanması haqda məlumat vermişdik. Hətta Ağayevin klubdan kənarlaşdırılacağı da gözlənilirdi. Lakin sonradan tərəflər arasında barışıq əldə olundu.
Rekord.az-ın əldə etdiyi məlumata görə, növbəti turda qapını da məhz Ağayevin qoruyacağı gözlənlir.
Qəbələdəki oyundan sonra çətin ki, Hacıyev Elxan Əhmədova çərçivə etibar eləsin.