Növbəti turun iki oyunu baş tutub
- 29 Noy 2023 00:01
- 246
Bu gün Voleybol Mərkəzində qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçirilib. "Rekord.az" xəbər verir ki, tura “Milli Aviasiya Akademiyası” və “Abşeron” komandalarının matçı ilə start verilib.
Oyun Famil Ağayevin yetirmələrinin qələbəsi ilə başa çatıb. “Milli Aviasiya Akademiyası” komandasını 3:1 hesabı ilə məğlub edən “Abşeron” xallarının sayını 9-a çatdırıb və turnir cədvəlində birinci pilləyə yüksəlib.
Günün ikinci qarşılaşmasında UNEC və “Gəncə” klubları üz-üzə gəlib. Qarşılaşma Gəncə təmsilçisinin üstünlüyü keçib. Tələbələri 3:0 hesabı ilə məğlub edən “Gəncə” komandası bu qələbə ilə çempionatdakı ilk xallarını qazanıb.
Qeyd edək ki, III turun son matçı sabah (29 noyabr) saat 15:00-da baş tutacaq. Bu görüş “AZERRAIL” və “Murov Az Terminal” komandaları arasında olacaq. Oyun GİN-nin Voleybol Mərkəzində keçiriləcək.
Yüksək Liqa
28 noyabr
III tur
“Milli Aviasiya Akademiyası” - “Abşeron” 1:3 (17:25, 27:25, 16:25, 17:25)
"UNEC" - “Gəncə” 0:3 (8:25, 19:25, 19:25)