
Növbəti turun oyunlarının vaxtı açıqlandı
- 17 Fev 2025 10:58
- 94
Azərbaycan Yüksək Liqalarında növbəti oyunlar keçiriləcək. "Rekord.az" xəbər verir ki, həftənin ilk qarşılaşmaları kişilərin Yüksək Liqasında olacaq.
Fevralın 18-də kişi voleybolçuların birinciliyində XI turun matçları baş tutacaq.
Qadınların yarışında isə növbəti oyunlar fevralın 19-da və 22-də təşkil ediləcək. Bunlar XII turun qarşılaşmaları olacaq.
Yüksək Liqa (kişilər)
18 fevral
XI tur
16:00. “Gənclər” - “Xilasedici”
16:00. “Murov Az Terminal” - MOİK
18:00. “Neftçi” - “AZERRAIL”
Yüksək Liqa (qadınlar)
19 fevral
XII tur
16:00. “Abşeron” - UNEC
18:00. “AZERRAIL” - “Murov Az Terminal”
22 fevral
14:30. “Gəncə” - “Milli Aviasiya Akademiyası”