Azərbaycanın tanınmış futbol mütəxəssislərindən olan Novruz Əzimov uzun müddətli işsizlikdən sonra yeni işinə qovuşub.

Lakin Rekord.az xəbər verir ki, Əzimov heç də məşqçilik fəaliyyəti ilə məşğul olmayacaq.

Hələ ki, sevimli peşəsi üzrə ona iş təklif edilmir. I Qarabağ müharibəsinin iştirakçısı yeni tədris ilindən etibarən idman akademiyasının futbol kafederasında dərs deməyə başlayıb.