Novruzov mövsümün son matçında 56 dəqiqə oynadı
- 10 Noy 2019 11:30
- 833
Futbol üzrə Moldova çempionatında mövsümə yekun vurulub.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Dinamo-Avto” da sonuncu matçına çıxıb.
Sözügedən kollektiv 28-ci tur çərçivəsində doğma meydanda “Sfintul” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Nurlan da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 56-cı dəqiqədə əvəzlənib.
“Dinamo-Avto” 28 oyuna topladığı 41 xalla mövsümü 8 komanda arasında 4-cü yerdə başa vurub.