Futbol üzrə Estoniya çemponatında 13-cü turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Tammeka” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 2:2.

Novruzov da bu oyunun iştirakçısı olub. O, 71-ci dəqiqədə meydana buraxılıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 13 turdan sonra 10 xalla 8-ci pillədə qərarlaşıb.