Futbol üzrə Estoniya çemponatında 10-cu turun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Flora” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:3.

Ötən oyunda aldığı qırmızı vərəqəyə görə cəzalı duruma düşən Novruzov bu oyunun iştirakçısı olmayıb.

Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 10 turdan sonra 3 xalla sonuncu pillədədi.