Novruzovun komandası yenə uduzdu
- 08 Okt 2023 15:17
- 297
Litva 1-ci liqasında 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda evdə “Vilnüs”lə qarşılaşıb və 0:3 hesablı məğlubiyyətə üzülüb.
Nurlan da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
“Yonava” hazırda 11 xalla sonuncu pillədə qərarlaşıb.