![photo](https://www.rekord.az/storage/uploads/5/nurlan-novruzov-3.jpg)
Novruzovun yoxluğunda darmadğın
- 06 Avq 2023 10:35
- 334
Litva 1-ci liqasında 17-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı hücumçu Nurlan Novruzovun formasını geyindiyi “Yonava” da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda “Transinvest”lə qarşılaşıb və 0:4 hesablı məğlubiyyətə üzülüb.
Nurlan bu oyunun iştirakçısı olmayıb. Onun adı qarşılaşmanın iştirak ərizəsinə də daxil edilməyib.
“Yonava” 17 turdan sonra 8 xalla sonuncu pillədə qərarlaşıb.