Noyer 1-ci oldu
- 11 Dek 2020 13:43
- 591
Çempionlar Liqasının 2020/21-ci illər mövsümünün qrup mərhələsində ən çox seyv edən qapıçıların adları açıqlanıb.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, “Bavariya”nın qolkiperi Manuel Noyer bu göstəricidə birinci olub. 5 matçda Münhen klubunun qapısını qoruyan almaniyalı oyunçu 27 dəfə komandasını real qoldan xilas edib. O, cəmi 4 qol buraxıb.
İkinci yeri “Lokomotiv”dən Qilerme tutub- 25 seyv. 34 yaşlı futbolçu 6 oyunda qapısında 10 qol görüb. 3-cü pillədə isə “Krasnodar”dan Matey Sofanov olub- 24 seyv. 21 yaşlı qapıçı 4 matçda 8 qol buraxıb.