Almaniya yığmasının dünya çempionatına uğursuz başlaması gözlənilməz oldu.

Rekord.az xəbər verir ki, Bundestimin qapıçısı Manuel Noyer Yaponiyaya 1:2 hesablı məğlubiyyəti belə şərh edib:

“Məğlubiyyətimizə hücumda qaçırılan şanslar və müdafiədə çox da yaxşı oynamamağımızdı. Oyunumuzda sakitlik və düzgün mövqe seçimi çatışmırdı. Ötürmələrdə daha dəqiq oynamalı idik. Yaponiyanı özümüz qalib etdik”.