Noyerlə yeni müqavilə
- 11:41
- 28
“Bayern” qapıçısı Manuel Noyerlə müqavilənin müddətini artırıb.
Rekord.az xəbər verir ki, bu barədə münhenlilərin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı qolkiperin yeni sözləşməsi 2026-cı ilin yayına qədər nəzərdə tutulub. Onun əvvəlki müqaviləsi 2025-ci ilin iyun ayında başa çatacaqdı.
Noyer 2011-ci ildən "Bayern"də çıxış edir. O, komanda ilə birlikdə 11 dəfə ölkə, 5 dəfə Almaniya kubokunun və 2 dəfə Çempionlar Liqasının qalibi olub.