Basketbol üzrə Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan turnir davam edir.

Rekord.az xəbər verir ki, 2 oktyabr tarixində "Sərhədçi" İdman Olimpiya Mərkəzində 28 -ci Azərbaycan çempionatına hazırlıq məqsədi daşıyan mini turnirin ikinci oyun günü keçirildi.

İki qarşılaşmanın baş tutduğu oyun gününün ilk görüşündə "NTD BK" basketbolçuları, "Olimpik Şəki BK" komandasına 91-76 hesabı ilə qalib gəldi. Növbəti oyun isə "Gəncə BK" və "AAAF Xırdalan BK" komandaları arasında keçirildi. Bu görüşdə Gəncə basketbolçuları rəqibi üzərində 76-68 hesablı qələbəyə sevindilər.