
“NTD-İndiqo” bu mövsüm ilk məğlubiyyətini yaşadı
- 30 Noy 2023 00:04
- 217
Sumqayıt Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 2-ci turundan təxirə salınmış oyunu baş tutub.
Rekord.az xəbər verir ki, günün yeganə matçında "Sabah" və "NTD-İndiqo” komandaları qarşılaşıblar.
"Sabah" bu oyunda 81:70 hesablı qələbə qazanıb. Ən məhsuldar basketbolçular "Sabah"dan Kivon Devenport (27 xal, 7 ribaund), "NTD”dən Qriffin Remmi olub - 13 xal, 9 asist.