Azərbaycan Basketbol Liqasında 16-cı tura yekun vurulub.

Rekord.az xəbər verir ki, son gündə bir oyun keçirilib.

Eyni xala malik “NTD-İndiqo” ilə “Neftçi” komandaları üz-üzə gəliblər. Qarşılaşma birincilərin 94:85 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla xallarının sayını 28-ə yüksəldən “NTD-İndiqo” üçüncü pillədə qərarlaşır və ilk iki sıradakı rəqiblərindən 1 xal geri qalır. “Neftçi” isə 27 xalla dördüncüdür.