![photo](https://www.rekord.az/storage/news/2025_02_05/ec6b86bf_fc46_34b1_96cc_8b49b8dbe52c_850_1738752009.jpg)
“NTD-nin “Sabah”ı məğlub etməyə kifayət qədər gücü var”
- 17:45
- 38
“Mövsümün ortasında komandada böyük dəyişikliklər oldu və bunlar bizə əlavə güc verdi”.
Rekord.az xəbər verir ki, bunu NTD-nin basketbolçusu Əkbər Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Komandanın kapitanı yeni oyunçuların kollektivə uyğunlaşdığını bildirib:
"Komanda meydançaya niyə çıxdığını və necə oynayacağını yaxşı bilir. Bir-birimizi yaxşı başa düşürük və hər şey hələlik planlaşdırdığımız kimi gedir. Dəyişikliklərin məqsədi də məhz bu idi".
O, Azərbaycan Basketbol Liqasında "Sabah"a qarşı keçirəcəkləri matçla bağlı da fikirlərini bölüşüb:
"Bu rəqiblə iki uğursuz oyun keçirmişik, amma bu dəfə hər şey fərqli olmalıdır. İnanıram ki, bu dəfə onlara qarşı öz oyunumuzu göstərə biləcəyik. NTD-nin "Sabah"ı məğlub etməyə kifayət qədər gücü var. Bu, bizim üçün çox vacib görüşdür. Məşqlərdə var gücümüzlə çalışırıq. Liqada artıq 4 qələbə qazanmışıq və növbəti turlarda qalib gələ bilsək, ilk "üçlüy"ə daxil ola bilərik. Çünki rəqiblərdən çox geri qalmırıq. İnanıram ki, ilk "üçlüy"ə düşüb, pley-offa birbaşa yüksələcəyik".
"Sabah" - NTD qarşılaşması fevralın 7-də, saat 19:00-da start götürəcək.